...

UEFA Millətlər Liqası: İngiltərə millisi B Liqasına düşüb

İdman Materials 24 Sentyabr 2022 05:39 (UTC +04:00)
UEFA Millətlər Liqası: İngiltərə millisi B Liqasına düşüb

Trend-i buradan izləyin

Bakı. Trend:

UEFA Millətlər Liqasının qrup mərhələsində V turun digər oyunları keçirilib.

Trend xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Almaniya Macarıstanı qəbul edib. Macarıstan seçməsi 1:0 hesablı qələbə qazanıb. İtaliya da İngiltərəyə eyni hesabla qalib gəlib. Beləliklə, Macarıstan liderliyini qoruyub, İngiltərə isə B Liqasına yuvarlanıb

Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

UEFA Millətlər Liqası

5-ci tur

A Liqası

3-cü qrup

Almaniya - Macarıstan - 0:1

İtaliya - İngiltərə - 1:0

Xallar: Macarıstan - 10, İtaliya - 8, Almaniya - 6, İngiltərə - 2.

B Liqası

3-cü qrup

Bosniya və Herseqovina - Monteneqro - 1:0

Finlandiya - Rumıniya - 1:1

Xallar: Bosniya və Herseqovina - 11, Monteneqro - 7, Finlandiya - 5, Rumıniya - 4.

C Liqası

4-cü qrup

Gürcüstan - Şimali Makedoniya - 2:0

Bolqarıstan - Cəbəllütariq - 5:1

Xallar: Gürcüstan - 13, Şimali Makedoniya - 7, Bolqarıstan - 6, Cəbəllütariq - 1.

D Liqası

2-ci qrup

Estoniya - Malta - 2:1

Xallar: Estoniya - 9, Malta - 6, San-Marino - 0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti