Bakı. Trend:
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə yüksələn daha iki milli komanda müəyyənləşib.
Trend xəbər verir ki, C qrupunun üçüncü turu çərçivəsində Polşa və Argentina milliləri üz-üzə gəliblər.
“Stadium 974”də oynanılan matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Argentina yığması 46-cı dəqiqədə istəyinə çatıb. Belə ki, Aleksis Makallister komandasını hesabda önə keçirib. Təzyiqi artıran Cənubi Amerika təmsilçisi 68-ci dəqiqədə rəqibi meydanın mərkəzinə dəvət edib. Bu dəfə Argentina millisinin heyətində Xulian Alvares fərqlənib və bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, görüş Argentina millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.