...

Dünya çempionatının final oyunu polşalı FIFA referisi Şimon Marçinyaka həvalə olunub

İdman Materials 16 Dekabr 2022 01:14 (UTC +04:00)
Dünya çempionatının final oyunu polşalı FIFA referisi Şimon Marçinyaka həvalə olunub

Bakı. Trend:

Qətərdə təşkil olunan dünya çempionatının finalında keçiriləcək Argentina - Fransa matçına hakim təyinatları açıqlanıb.

Trend-in məlumatına görə, həlledici oyun polşalı FIFA referisi Şimon Marçinyaka həvalə olunub. Ona həmyerliləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina - Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti