...

Messi 50 yaşına qədər də futbol oynaya bilər - Ronaldinyo

İdman Materials 18 Dekabr 2022 03:45 (UTC +04:00)
Messi 50 yaşına qədər də futbol oynaya bilər - Ronaldinyo

Bakı. Trend:

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo Barselonadakı keçmiş komanda yoldaşı, Argentina millisinin hücumçusu Lionel Messi haqqında fikirlərini bölüşüb.

Trend xəbər verir ki, Ronaldinyonun sözlərini "L'Equipe" qəzeti paylaşıb.

"Messi normal səviyyədə oynayır, elə deyilmi? O, uzun illərdir ki, dünyanın ən yaxşısıdır. Bu, onun son dünya çempionatıdır, amma əmin idim ki, o, gəlib qələbə üçün hər şeyi edəcək. İnanıram ki, o, 50 yaşa qədər oynaya bilər, çünki ustalıq baxımından hamıdan qat-qat üstündür", - deyə braziliyalı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti