...

Messinin Qətərdə qaldığı otaq muzeyə çevriləcək

İdman Materials 28 Dekabr 2022 03:32 (UTC +04:00)
Messinin Qətərdə qaldığı otaq muzeyə çevriləcək

Bakı. Trend:

Argentina millisinin dünya çempionatında çıxışı zamanı Lionel Messinin Dohadakı Qətər Universitetinin kampusununda qaldığı otaq muzeyə çevriləcək.

Trend-in məlumatına görə, Messi “B201” nömrəli otaqda qalıb. Otaqda iki nəfərlik çarpayı, stol, kreslo, televizor və sarı yastıqlı boz divan var. Qapının üstündə “L.Messi” yazılıb.

Qeyd edək ki, Argentina millisi dekabrın 18-də Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi olub. Bundan sonra Lionel Messi bütün idman karyerasında ikinci dəfə Dünya Kubokunun ən yaxşı oyunçusu kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti