...

Azərbaycan Basketbol Liqasının 12-ci turu çərçivəsində daha iki oyun baş tutub

İdman Materials 8 Yanvar 2023 02:13 (UTC +04:00)

Bakı. Trend:

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 12-ci turu çərçivəsində daha iki oyun baş tutub.

Trend xəbər verir ki, günün ilk görüşü çempionatın liderləri sayılan "Sabah BK" və "NTD BK" komandaları arasında keçirilib. Oyunun sonunda geri dönüş edən "NTD" basketbolçuları rəqibi üzərində 79-75 hesablı qələbə qazanaraq çempionatın vahid lideri olublar.

Günün son oyununda "Neftçi İK" və "Gəncə BK" basketbolçuları üz-üzə gəliblər. Bərabər mübarizə şəraitində davam edən oyunun yekunda paytaxt klubu rəqibi üzərində 81-78 hesablı qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti