...

“Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırıb (VİDEO)

İdman Materials 24 Fevral 2023 02:51 (UTC +04:00)
“Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırıb (VİDEO)

Bakı. Trend:

"Qarabağ" UEFA Konfrans Liqasının 1/16 final mərhələsində penaltilər seriyasında "Gent"ə məğlub olub.

Trend xəbər verir ki, oyunun əsas vaxtı meydan sahibi komandası olan "Gent"in minimal hesablı qələbəsi ilə yekunlaşıb.

ilk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, oyunda əlavə vaxt oynanılıb. İki əlavə vaxtda da hesab açılmayıb.

Oyundan sonra təyin olunan penalti zərbələrində "Gent" 5:3 hesabı ilə qalib gəlib və 1/8 final mərhələsinə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti