...

Argentinanın baş məşqçisi Lionel Skaloni ötən ilin ən yaxşı məşqçisi seçilib

İdman Materials 28 Fevral 2023 01:13 (UTC +04:00)
Argentinanın baş məşqçisi Lionel Skaloni ötən ilin ən yaxşı məşqçisi seçilib

Bakı. Trend:

Futbol üzrə Argentina milli komandasına rəhbərlik edən Lionel Skaloni Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən 2022-ci ilin ən yaxşı məşqçisi seçilib.

Trend-in məlumatına görə, Parisdə keçirilən mərasimdə ilk üçlüyə İspaniyanın “Real” klubunun italiyalı çalışdırıcısı Karlo Ançelotti və İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola da daxil olub.

Qeyd edək ki, Lionel Skaloni rəhbərliyi altında 2022-ci ildə Argentina millisi 1986-cı ildən sonra ilk dəfə, ümumilikdə isə üçüncü dəfə dünya çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti