...

Azərbaycanlı futbolçu “Şalke”yə qələbə qazandırıb

İdman Materials 1 Aprel 2023 03:57 (UTC +04:00)
Azərbaycanlı futbolçu “Şalke”yə qələbə qazandırıb

Bakı. Trend:

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası növbəti matçına çıxıb.

Komanda doğma meydanda “Vuppertaler”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

R.Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Yeganə qolu da 38-ci dəqiqədə azərbaycanlı futbolçu vurub.

“Şalke”nin ikinci komandası hazırda 39 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti