...

Azərbaycanın daha iki boks hakiminin beynəlxalq kateqoriyası artırılıb

İdman Materials 14 Aprel 2023 04:18 (UTC +04:00)
Azərbaycanın daha iki boks hakiminin beynəlxalq kateqoriyası artırılıb

Bakı. Trend:

Boks üzrə referilər Anar Nağdıyev və Elxan Quliyev növbəti hakimlik imtahanından uğurla keçiblər. Azərbaycanlı ədalət təmsilçilərinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.

Trend Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, hər iki hakim bu nailiyyətə martın 14-19-da Monteneqronun Budva şəhərində keçirilmiş beynəlxalq turnirdə imza atıb. Beynəlxalq Boks Assosiasiyası (IBA) yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.

A.Nağdıyevlə E.Quliyevdən əvvəl Rövşən Qədirovun da Mərakeşdə beynəlxalq kateqoriyası 2 ulduza qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artırılması, onların sayının çoxaldılması istiqamətində işləri davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti