Bakı. Trend:
Aprelin 27-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı birinciliyinin son günü keçirilir.
Trend bu barədə cümə axşamı xəbər verir.
Bu gün "yeniyetmələr" yaş kateqoriyasındakı gimnastlar gürzlə, "gənclər" isə gürzlə və lentlə proqramlarda çıxış edirlər.
"Balacalar" yaş kateqoriyasında komandalar qrup məşqlərində alətsiz hərəkətlərlə və beş iplə, "yeniyetmələr" yaş kateqoriyasında qrup komandaları beş halqa ilə, "gənclər" beş topla proqramlarda çıxış edəcəklər.
Qeyd edək ki, 25-27 aprel tarixlərində keçirilən yarışlarda “Ocaq Sport” klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi və FHN İdman-Sağlamlıq Kompleksinin təmsilçiləri iştirak edirlər.
Birincilikdə gimnastlar "balacalar" (2013-2015-ci il təvəllüdlü), "yeniyetmələr" (2011-2012-ci il təvəllüdlü), "gənclər" (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyalarında fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.
(Tərcümə: Rəna Əbdürəhmanova)