Bakı. Trend:
Azərbaycan Üzgüçülük Federasiyasında rəhbərlikdə dəyişiklik olub.
Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, federasiyanın baş katibi Fərid Bənənyarlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə vəzifəsindən istefa verib. Bu posta Həsənov Fəxri Şaiq oğlu təyin olunub.
Fəxri Həsənov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis İqtisadiyyatı fakültəsini, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirən F.Həsənov bu vəzifəyə qədər Avto Lizinq Azərbaycan MMC-də çalışıb.