...

Misirdə Ümummilli lider Heydər Əliyevin doğum günündə su polosu yığması qızıl medal qazandı (FOTO)

İdman Materials 11 May 2023 16:18 (UTC +04:00)
Misirdə Ümummilli lider Heydər Əliyevin doğum günündə su polosu yığması qızıl medal qazandı (FOTO)

Bakı. Trend:

Azərbaycanın vaterpol üzrə yeniyetmələrdən ibarət müxtəlif yaş qruplarında komandaları Misirin Qahirə şəhərində 6-11 may tarixlərində keçirilən klublararası beynəlxalq turniri yüksək nəticələrlə başa vurublar.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətin-dən Trend-ə verilən məlumata görə, bu turnirdə 2009-2010-cu il təvəllüdlü idmançılarımız bütün rəqiblərindən üstün olaraq birinci yerə layiq görülüblər.

2008-ci il təvəllüdlü yeniyetmələrdən ibarət komandamız isə yarışın gümüş mükafatçıları olublar.

Vaterpol üzrə milli komandanın baş məşqçisi Azər Babayevin sözlərinə görə, bu beynəlxalq turnirdə yetirmələri yüksək səviyyədə çıxış ediblər:

“Yarış çox gərgin mübarizələr şəraitində keçdi. Azərbaycan komandalarından başqa daha 6 komanda mübarizə aparırdı. Misirin komandaları da çox hazırlıqlı və stabil idilər. Ən sevindirici məqam isə dünən baş verdi. Yeniyetmələrimiz Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin doğum günündə, 100 illiyində Misirdə, Qahirədə Azərbaycan bayrağını yüksəklərə qaldırdılar, Azərbaycanın dövlət himnini səsləndirdilər. Bu çox qürurverici idi”, - deyə Azər Babayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti