...

Çempionlar Liqası: "Mançester Siti" "Real"ı darmadağın edərək finala yüksəldi

İdman Materials 18 May 2023 00:52 (UTC +04:00)
Çempionlar Liqası: "Mançester Siti" "Real"ı darmadağın edərək finala yüksəldi

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində son oyun keçirilib.

Trend xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubu öz meydanında İspaniyanın "Real" (Madrid) klubunu qəbul edib.

Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları B.Silva (23-cü və 37-ci dəqiqələr), E.Militao (76, avtoqol) və X.Alvarez (90+1) vurublar.

Beləliklə, "Mançester Siti" UEFA Çempionlar Liqasının finalına yüksəlib. Finalın digər iştirakçısı isə İtaliyanın "İnter" klubudur.

Xatırladaq ki, cütlük arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə bitmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti