...

Bu gün Azərbaycan Kubokunun sahibi bəlli olacaq

İdman Materials 3 İyun 2023 09:11 (UTC +04:00)
Bu gün Azərbaycan Kubokunun sahibi bəlli olacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün “Neftçi” və “Qəbələ” futbol klubları doqquz ildən sonra Azərbaycan kuboku yarışlarının finalında üz-üzə gələcəklər.

Trend Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, sayca 31-ci ölkə kuboku yarışlarına təsadüf edəcək.

Baş tutacaq oyun bu komandalar arasında, ümumilikdə, ikinci final qarşılaşması kimi yadda qalacaq. Tərəflərin ilk final dueli 2013-2014-cü il mövsümünə təsadüf edib. Həmin vaxt 1:1 hesabı ilə yekunlaşan görüşdə bölgə təmsilçisi penaltilər seriyasında rəqibini üstələyərək (3:2) kuboka yiyələnib.

Beləliklə, “Neftçi” və “Qəbələ” komandaları 3299 gündən sonra ikinci dəfə finalda rəqib olacaqlar.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək final matçı saat 20:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti