...

Serxio Buskets ABŞ-ın "İnter Mayami" klubuna keçib

İdman Materials 24 İyun 2023 03:33 (UTC +04:00)

Bakı. Trend:

2010-cu ildə futbol dünya çempionu olan ispaniyalı yarımmüdafiəçi Serxio Buskets ABŞ-ın "İnter Mayami" klubuna keçib.

Trend-in məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.

Futbolçu ilə müqavilənin təfərrüatları açıqlanmayıb.

Busketsin 34 yaşı var və karyerası boyu İspaniyanın "Barselona" klubunda çıxış edib. Bu klubun heyətində yarımmüdafiəçi doqquz dəfə İspaniya çempionu olub, üç dəfə Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub, həmçinin yeddi dəfə İspaniya kuboku və Superkubokunun qalibi olub. S.Buskets həmçinin İspaniya millisi ilə 2010-cu ildə dünya çempionu və 2012-ci ildə Avropa Çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti