...

"Jalqiris" - "Struqa" matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək

İdman Materials 28 İyun 2023 04:22 (UTC +04:00)
"Jalqiris" - "Struqa" matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək

Bakı. Trend:

FIFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.

Trend AFFA-nın saytına istinadla xəbər verir ki, o, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Jalqiris" (Litva) - "Struqa" (Şimali Makedoniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

"Jalqiris" - "Struqa" matçı iyulun 11-də Litvada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti