...

Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazandı

İdman Materials 5 İyul 2023 22:51 (UTC +04:00)

Bakı. Trend:

1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Ağır Atletika üzrə Avropa birinciliyi davam edir.

Trend xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Körpücük üzərinə növbəti olaraq Yunis Bayramov çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 67 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 99 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin bürünc mükafatçısı olub.

Yunis təkanla qaldırma hərəkətində 112 kq-ı qaldırıb və bu hərəkətdə 4-cü olub.

Toplam 211 kq (99+112) nəticə göstərən Əliyev yekun sıralamada 4-cü yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti