...

Atletimiz 3 qızıl medalla Avropanın zirvəsində

İdman Materials 7 İyul 2023 15:49 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Trend xəbər verir ki, bu dəfə körpücük üzərinə Hüseyn Heydərov çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 81 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 118 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birincilyinin qızıl medalına layiq görülüb.

O, təkanla qaldırma hərəkətində uğurlu çıxışla yadda qalıb. Hüseyn 139 kq-ı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.

Toplam 257 kq (118+139) nəticə göstərən Heydərov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti