...

“Sabah”ın ev oyununa bilet satışı başlayıb

İdman Materials 22 İyul 2023 12:28 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək “Sabah”ın ev oyununa bilet satışı başlayıb.

Bu barədə Trend-ə klubun mətbuat xidmətindən məlumat verilib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – RFS (Latviya) qarşılaşmasının biletləri iyulun 21-də saat 19:00-dan etibarən satışa çıxarılıb.

“Sabah”ın avrokuboklarda ilk ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından, həmçinin “iticket”in satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah” – RFS matçı avqustun 3-də, saat 20:00-da “Bank Respublika “Arena”da baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti