...

Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

İdman Materials 26 Avqust 2023 10:55 (UTC +04:00)
Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatına bu gün yekun vurulacaq.

Trend xəbər verir ki, yarışın son günündə Azərbaycan yığmasının daha iki üzvü tatamiyə çıxacaq.

Oğlanların mübarizəsində 90 kiloqramda Aslan Kotsoyev, 90 kiloqramdan yuxarı çəkidə isə Ramazan Əhmədov güclərini sınayacaqlar.

Görüşlər Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Nihad Məmişov (50 kiloqram) və Xədicə Qədəşova (52 kiloqram) qızıl, Məhəmməd Məmişov (50 kiloqram), Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) və Süleyman Şükürov (73 kiloqram) isə bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti