...

Avropa Liqası: "Qarabağ" - "Olimpiya" oyunu azarkeş sayına görə ikincidir

İdman Materials 2 Sentyabr 2023 09:41 (UTC +04:00)
Avropa Liqası: "Qarabağ" - "Olimpiya" oyunu azarkeş sayına görə ikincidir
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

Trend-in məlumatına görə, "Qarabağ"ın Bakıda Sloveniya "Olimpiya"sı ilə heç-heçə (1:1) etdiyi qarşılaşma bu göstəricidə ikincidir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda 27 354 tərəfdar olub.

Ən çox tamaşaçı isə "Ayaks" (Niderland) - “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb. Amsterdamda gerçəkləşən dueldə 50 900 nəfər tribunada əyləşib.

Qeyd edək ki, səfərdə "Olimpiya"nı iki cavabsız qolla üstələyən "Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Komanda H qrupunda Almaniyanın "Bayer 04", Norveçin "Molde" və İsveçin "Hakken" klubları ilə mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti