...

“Əl İttihad” “Liverpul”a Məhəmməd Salah üçün rekord məbləğ təklif edib

İdman Materials 6 Sentyabr 2023 06:13 (UTC +04:00)
“Əl İttihad” “Liverpul”a Məhəmməd Salah üçün rekord məbləğ təklif edib

Bakı. Trend:

Səudiyyə klubu “Əl İttihad”ın rəsmiləri məşhur misirli futbolçu Məhəmməd Salahı transfer etmək üçün Böyük Britaniyaya gəliblər.

Trend-in məlumatına görə, bu barədə “The Sun” məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanının çempionu “Əl-İttihad” “Liverpul”un ulduzu Məhəmməd Salah üçün rekord məbləğ - 270 milyon dollar təklif edəcək.

"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubun futbolçunu heç bir qiymətə satmayacağını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti