...

Azərbaycanın 30 bölgəsində bədii gimnastika üzrə şöbələr fəaliyyət göstərir

İdman Materials 21 Sentyabr 2023 20:47 (UTC +04:00)
Azərbaycanın 30 bölgəsində bədii gimnastika üzrə şöbələr fəaliyyət göstərir
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Naxçıvan. Trend:

Hazırda Azərbaycanın 30 bölgəsində bədii gimnastika üzrə şöbələr fəaliyyət göstərir.

Trend xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə cümə axşamı jurnalistlərə deyib.

"Bu gün Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirinə start verilib. İlk dəfədir ki, bədii gimnastika üzrə bu cür beynəlxalq tədbir paytaxtdan kənarda keçirilir. Turnirimiz "Grace of Nature" adlanır və tərcümədə bu, "Təbiətin zərifliyi" deməkdir. Bölgələrimiz öz misilsiz təbiəti ilə yaxşı tanınır və bu yarışın hər il ölkənin bir bölgəsində keçirilməsini planlaşdırırıq", - deyə o qeyd edib.

Nurlana Məmmədzadə vurğulayıb ki, "Grace of Nature" Beynəlxalq turnirində Azərbaycanın paytaxtından idmançılarla yanaşı ölkənin bölgələrindən də gənc gimnastlar iştirak edirlər.

"Ənənəvi olaraq bölgələrdən gimnastlar öz məşqçiləri ilə Bakıya gəlir və Milli Gimnastika Arenasında təlim-toplanış məşqləri keçirlər. Fikrimcə, "Grace of Nature" kimi yarışların bölgələrdə keçirilməsi olduqca vacibdir. Turnir bölgələrdən gənc idmançıları yeni idman nailiyyətlərinə ilhamlandıracaq və ola bilsin ki, gələcəkdə onları beynəlxalq arenada görə biləcəyik", - deyə Azərbaycan Gimnastika Federasiyasının baş katibi əlavə edib.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turniri 21-22 sentyabr tarixlərində Naxçıvanda keçirilir.

Naxçıvanda təşkil olunmuş bədii gimnastika üzrə birinci beynəlxalq yarışda balacalar (2016-2017-ci il təvəllüdlü), uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 250-ə yaxın gimnast iştirak edir. Yarışlarda Azərbaycanın paytaxtından və bölgələrdən (Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatala) 20 klubun gimnastları iştirak edir.

Yarışlar Naxçıvan Olimpiya İdman Kompleksində keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti