...

Bakıda bu tarixdə bədii gimnastika üzrə 2-ci "Ocaq" beynəlxalq kuboku keçiriləcək

İdman Materials 21 Sentyabr 2023 17:12 (UTC +04:00)
Bakıda bu tarixdə bədii gimnastika üzrə 2-ci "Ocaq" beynəlxalq kuboku keçiriləcək
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Naxçıvan. Trend:

Noyabrın ortalarında Bakıda "Ocaq Sport" klubu tərəfindən bədii gimnastika üzrə 2-ci "Ocaq" beynəlxalq kuboku keçiriləcək.

Bu barədə cümə axşamı Trend-ə “Ocaq Sport” Klubunun İdarə heyəti sədri vəzifəsini müvəqqəti icra edən Vəfa Bakarova bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirinin kuluarlarında deyib.

"Bu il klubumuzun nümayəndələri Macarıstan, Gürcüstan, Moldova, İtaliya, Latviyada yarışlarda iştirak ediblər. Gələn ay isə bizi Malayziyada yarışlar gözləyir. Noyabrın ortalarında isə Bakıda klubumuz tərəfindən bədii gimnastika üzrə 2-ci "Ocaq" beynəlxalq kuboku keçiriləcək", - Vəfa Bakarova deyib.

Onun sözlərinə görə, bu il "Ocaq Sport" klubunun 10 yaşı tamam olur və bu illər ərzində bədii gimnastika ilə yanaşı klub digər gimnastika fənlərini də inkişaf etdirir.

Naxçıvanda keçirilən bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirindən danışan Vəfa Bakarova yarışda klubu 50 gənc idmançının təmsil etdiyini vurğulayıb.

"Yarışların ilk gününün birinci yarısında "Ocaq Sport" klubunun nümayəndələri bizi yaxşı nəticələrlə sevindirdilər. Ümid edirik ki, günün ikinci yarısında və sabah da onlar turnirdə uğurlu çıxışlarını davam etdirəcəklər. Turnirin keçirilməsi bədii gimnastikanın təbliğinə və daha çox inkişafına yönəlib və yarışlarda Bakıdan olduğu kimi, Azərbaycanın bölgələrindən də idmançıların iştirak etməsi vacibdir", - deyə o sonda deyib.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turniri 21-22 sentyabr tarixlərində Naxçıvanda keçirilir.

Naxçıvanda təşkil olunmuş bədii gimnastika üzrə birinci beynəlxalq yarışda balacalar (2016-2017-ci il təvəllüdlü), uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 250-ə yaxın gimnast iştirak edir. Yarışlarda Azərbaycanın paytaxtından və bölgələrdən (Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatala) 20 klubun gimnastları iştirak edir.

Yarışlar Naxçıvan Olimpiya İdman Kompleksində keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti