...

Gimnastlarımız Bolqarıstanda keçirilən Avropa çempionatında iki qızıl medal qazanıblar (FOTO)

İdman Materials 19 Oktyabr 2023 22:26 (UTC +04:00)
Gimnastlarımız Bolqarıstanda keçirilən Avropa çempionatında iki qızıl medal qazanıblar (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında qızıl medal qazanıb.

Azerbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, onlar balans hərəkətlərində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bundan başqa, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük temp hərəkətlərində Avropa çempionu olub.

Xatirladaq ki, bundan əvvəl akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında temp hərəkətləri proqramında gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti