...

Gimnastlarımız Avropa çempionatında daha iki qızıl medal qazanıblar

İdman Materials 21 Oktyabr 2023 21:44 (UTC +04:00)
Gimnastlarımız Avropa çempionatında daha iki qızıl medal qazanıblar
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında daha iki qızıl medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda qarışıq cütlükdə çıxış edən Azərbaycan gimnastları Ağasif Rəhimov və Raziyə Seyidli çoxnövçülük proqramında birinci yeri tutmuşlar.

Daniel Abbasov və Murad Rəfiyevdən ibarəd kişi cütlüyü də çoxnövçülük proqramında qızıl medal qazanıb.

Hazırda akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında Azərbaycan milli komandasının hesabında altı medal var - dörd qızıl və iki gümüş medal.

Bundan əvvəl yarışda Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bəşiridən ibarət qadın qrupu (gənclər) templi hərəkətlər proqramında, eləcə də çoxnövçülükdə ikinci yeri tutub.

Həmçinin bundan əvvəl Azərbaycan gimnastları Daniel Abbasov və Murad Rəfiyev balans hərəkətləri proqramında qızıl, Ağasif Rəhimov və Raziyə Seyidli isə templi hərəkətlər proqramında birinci yeri tutmuşlar.

Qeyd edək ki, akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı oktyabrın 22-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti