...

Gimnastlarımız Avropa çempionatında daha iki qızıl medalı qazanıblar

İdman Materials 22 Oktyabr 2023 21:21 (UTC +04:00)
Gimnastlarımız Avropa çempionatında daha iki qızıl medalı qazanıblar
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında daha iki qızıl medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük balans hərəkətlərində qızıl medal qazanıb. Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü isə temp hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycan milli komandası akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında doqquz medal - yeddi qızıl və iki gümüş medal qazanıb.

Bundan əvvəl Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bəşiridən ibarət qadınlardan ibarət qrup (gənclər) balans hərəkətləri proqramında qızıl, temp hərəkətləri proqramında və çoxnövçülük proqramında gümüş medal qazanıb. ğasif Rəhimov və Raziyə Seyidli çoxnövçülük və templə hərəkətlər proqramında birinci yeri tutublar. Daniel Abbasov və Murad Rəfiyev çoxnövçülük və balans hərəkətləri proqramında qızıl medala layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti