...

Qarabağda qazandığımız zəfərin davamını DÇ-də gətirməyə çalışacağıq - Firdovsi Umudov

İdman Materials 27 Oktyabr 2023 15:15 (UTC +04:00)
Qarabağda qazandığımız zəfərin davamını DÇ-də gətirməyə çalışacağıq - Firdovsi Umudov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağda qazandığımız zəfərin davamını dünya çempionatında gətirməyə çalışacağıq. Biz qalib ölkənin təmsilçiləriyik”.

Trend xəbər verir ki, bu sözləri “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti Firdovsi Umudov hərbçilər arasında keçiriləcək güləş üzrə 36-cı dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında söyləyib.

Təcrübəli mütəxəssis Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb: “Ölkəmizdə bir çox mötəbər tədbirlər keçirilib. Hərbçilər arasında 36-cı dünya çempionatının təşkilatçılığı da bizə həvalə olunub. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən idmana və idmançılara çox böyük diqqət və qayğı göstərilir. Biz də çalışacağıq ki, qarşıdan gələn dünya çempionatında bu etimadı doğruldaq, ölkəmizi layiqincə təmsil edək. Dövlət Sərhəd Xidmətininin rəhbərliyi və Gənclər və İdman Nazirliyi tərəfindən bu yarışın təşkili üçün yüksək səviyyədə şərait yaradılıb. Güləş bizim ata idman növümüzdür. Bütün azarkeşləri, güləşsevərləri yarışda idmançılarımıza dəstək verməyə dəvət edirəm”.

Qeyd edək ki, hərbçilər arasında dünya çempionatı Dövlət Sərhəd Xidmətinin, həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr - 3 dekabr tarixlərində “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti