Bakı. Trend:
“Beşiktaş” klubu Burak Yılmazı istefaya göndərdiyini açıqlayıb.
Trend xəbər verir ki, klub rəhbərliyi “Beşiktaş”ın baş məşqçisi postunu müvəqqəti icra edən Burak Yılmazla yollarını ayırdığını elan edib.
Qeyd edək ki, İstanbul nəhəngi “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin istefasından sonra bu vəzifə onun köməkçisi Burak Yılmaza həvalə edilmişdi.
Lakin Burak Yılmazın rəhbərliyi altında komanda uğursuzluq zolağından heç cürə xilas ola bilmədiyi üçün onun da istefaya göndərilməsinə qərar verilib.