...

"Ocaq" Beynəlxalq Kubokuna tamaşaçıların dəstəyi gimnastları ruhlandırır– Qazaxıstanlı idmançılar

İdman Materials 10 Noyabr 2023 20:23 (UTC +04:00)
"Ocaq" Beynəlxalq Kubokuna tamaşaçıların dəstəyi gimnastları ruhlandırır– Qazaxıstanlı idmançılar
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

"Ocaq" Beynəlxalq Kubokuna tamaşaçıların səmimi dəstəyi bütün gimnastları ruhlandırır

Bu barədə Trend-ə bədii gimnastika üzrə "Ocaq" 2-ci Beynəlxalq Kubokunun iştirakçıları, Pavlodar (Qazaxıstan) şəhərindəki "Grand" klubunun yetirmələri Elnurə Kojaxmetova və Ayaulım Tanatar deyiblər.

Yarışda Elnurə Kojaxmetova 2014-cü il təvəllüdlü gimnastlar arasında (A qrupu) halqa ilə hərəkətdə "Ocaq" kubokunda bürünc medal qazanıb. Ayaulim Tanatar çoxnövçülük və top ilə hərəkətlər proqramında iki bürünc, 2014-cü il təvəllüdlü gimnastlar arasında (A qrupu) gürzlə hərəkətlərdə isə gümüş medala layiq görülüb.

"Yarış yaxşı keçdi, şərtləri və hazırlaşmaq üçün bizə vaxt verilməsini bəyəndim, başlamazdan əvvəl məşq etmək mümkün idi. Mükafatlandırma mərasimi unudulmaz təəssürat yaratdı, çox təntənəli keçdi. “Ocaq” Beynəlxalq Kubokunun medalını vətənə gətirəcəyimə görə şadam", - deyə o bildirib.

Ayaulım Tanatar əlavə edib ki, Bakı tamaşaçıları öz dəstəyi ilə idmançılara müsbət enerji verir:

"Bakıya səfərimdən əvvəl Milli Gimnastika Arenası haqqında çox eşitmişdim, bilirdim ki, bu zalda bədii gimnastika üzrə mötəbər yarışlar - Dünya və Avropa çempionatları, dünya kubokları keçirilir. Burada çıxış etmək böyük şərəfdir".

Qeyd edək ki, bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kuboku 10-12 noyabr tarixlərində keçirilir. Yarışlarda fərdi proqramda çıxış edən 325 gimnast və qrup hərəkətlərində 21 komanda iştirak edir. Bütünlükdə 2-ci "Ocaq" Beynəlxalq Kubokunda dünyanın 14 ölkəsindən müxtəlif yaş kateqoriyalarında çıxış edən idmançılar iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti