...

AFFA hakimləri təhqir edən futbolçunu cəzalandırıb

İdman Materials 23 Noyabr 2023 18:40 (UTC +04:00)
AFFA hakimləri təhqir edən futbolçunu cəzalandırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

II Liqa komandası “Dinamo”nun futbolçusu Yusif Cəfərov diskvalifikasiya edilib.

Trend xəbər verir ki, buna səbəb onun Azərbaycan Kubokunun I təsnifat mərhələsində “Göygöl” ilə oyunda hakimləri təhqir etməsi olub.

Matçın 84-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimlərin ünvanına qeyri-etik ifadələr işlədən oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb. Komanda isə 300 manat cərimə olunub.

Qeyd edək ki, rəqibinə 1:2 hesabı ilə məğlub olan “Dinamo” ölkə kuboku ilə vidalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti