...

Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər müəyyənləşib (FOTO)

İdman Materials 9 Dekabr 2023 00:32 (UTC +04:00)
Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər müəyyənləşib (FOTO)

Bakı. Trend:

Güləş üzrə beynəlxalq “Təhsil” turniri davam edir.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, FHN-in İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda U-15 yaş qrupu üzrə mübarizəyə yekun vurulub.

Bu gün yunan-Roma güləşi üzrə son 5 çəkidə qaliblər müəyyənləşib:

41 kiloqram

1. Qurban Məcnunov (Azərbaycan)

2. Abdurrəhman Hüseynli (Azərbaycan)

3. Elmir Abdulla (Azərbaycan), Hüseyn Mustafazadə (Azərbaycan)

48 kiloqram

1. Toğrul İbrahimov (Azərbaycan)

2. Toğrul Əzizov (Azərbaycan)

3. Elnur Quliyev (Azərbaycan), Murad Həsənov (Azərbaycan)

57 kiloqram

1. Hüseyn Vəlizadə (Azərbaycan)

2. Hüseyn İsgəndərov (Azərbaycan)

3. Əli Quliyev (Azərbaycan), Muhamməd Əliyev (Azərbaycan)

68 kiloqram

1. Əli Məmmədov (Azərbaycan)

2. Əli Köçəriyev (Azərbaycan)

3. Ruslan Nuriyev (Azərbaycan)

85 kiloqram

1. Məhəmməd Orucov (Azərbaycan)

2. Tahir Sultanlı (Azərbaycan)

3. Rəsul Cəfərov (Azərbaycan)

Qeyd edək ki, Dünya Güləş Birliyinin təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan U-15 və U-17 yaş qrupları üzrə 500-ə yaxın idmançı mübarizə aparır. Turnir dekabrın 11-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti