...

İspaniya Superkuboku: “Real Madrid” finalda “Barselona” ilə üz-üzə gələcək

İdman Materials 12 Yanvar 2024 01:19 (UTC +04:00)
İspaniya Superkuboku: “Real Madrid” finalda “Barselona” ilə üz-üzə gələcək

Bakı. Trend:

İspaniya Superkubokunun son finalçısının adına aydınlıq gəlib.

Trend-in məlumatına görə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarımfinal mərhələsinin ikinci cütündə "Barselona" ilə "Osasuna" üz-üzə gəlib.

Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmadakı qolları 59-cu dəqiqədə Robert Levandovski və 90+3-cü dəqiqədə Lamine Yamal vurub.

Qeyd edək ki, "Barselona"nın finaldakı rəqibi "Real Madrid" olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti