...

“Braqa” təhlükəlidir - Juninyo

İdman Materials 21 Fevral 2024 13:36 (UTC +04:00)
“Braqa” təhlükəlidir - Juninyo

Bakı. Trend:

Sabah maraqlı oyun olacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo deyib.

Braziliyalı hücumçu Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə sabah keçiriləcək matçına həsr olunan mətbuat konfransında iştirak edib.

Premyer Liqanın bombardiri cavab matçına hazırlığı dəyərləndirib:

“Yaxşı hazırlaşmışıq. Ciddi oyun olacaq. Rəqibimiz istənilən halda bir göstəricidir ki, onlar təhlükəlidir. Sabah doğma azarkeşlərimizin qarşısında oynayacağıq. İnanıram ki, maraqlı oyun olacaq”.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Braqa” matçı saat 21:45-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti