...

“Qarabağ”ın 1/8 finala yüksəlməsinin mükafatı bəlli oldu

İdman Materials 23 Fevral 2024 10:00 (UTC +04:00)
“Qarabağ”ın 1/8 finala yüksəlməsinin mükafatı bəlli oldu

Bakı. Trend:

Avropa Liqasının 1/8 final mərhələsinə yüksələn “Qarabağ”ın qazandığı mükafatın məbləği bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, pley-off mərhələsini adlayan Qurban Qurbanovun yetirmələri UEFA-dan 1,2 milyon avro alacaq.

Qurum 1/8 finala yüksələn hər komandaya bu məbləğdə mükafat ayırıb. Ağdam klubu buna Portuqaliya təmsilçisi “Braqa”nı iki oyunun yekununda keçməklə nail olub – 4:2, 2:3.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finala çıxanlar 9,6, Konfrans Liqasında isə 0,6 milyon avro qazanıblar.

Xəbər lenti

Xəbər lenti