...

Bakıda Dünya Kuboku çərçivəsində AGF Trophy mükafatı təqdim olunub (FOTO)

İdman Materials 25 Fevral 2024 18:55 (UTC +04:00)
Bakıda Dünya Kuboku çərçivəsində AGF Trophy mükafatı təqdim olunub (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının xüsusi təsis edilmiş mükafatı - AGF Trophy-nin təqdimatı olub.

Trend xəbər verir ki, mükafat çıxışlarına görə ən yüksək bal toplayan gimnastlara verilir.

Batut gimnastikası üzrə fərdi proqramda AGF Trophy mükafatı Çin idmançıları Syuyen Çju və gimnast İvan Litvinoviçə (neytral idmançı) verilib.

Tamblinq proqramında AGF Trophy mükafatı fransalı gimnastlar Kendi Brier-Vetillard və İppolit Erqueyə verilib.

Batut üzərində sinxron tullanma proqramında AGF Trophy mükafatı Ecem Nisa Esen və Livanur Yalçına (Türkiyə), həmçinin Morqan Demiro-o-Domiro və Pyer Quzaya (Fransa) təqdim edilib.

Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib. Yarışda 32 ölkədən gimnastlar iştirak edib.

Xəbər lenti

Xəbər lenti