Bakı. Trend:
Qadın həndbolçulardan ibarət Azərbaycan yığması 2024-cü il Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, V qrupda mübarizə aparan millimiz 3-cü turda Litva ilə münasibətlərə aydınlıq gətirib.
İlk 2 turu məğlubiyyətlə başa vuran komandaların qarşılaşması həndbolçularımızın qələbəsi ilə başa çatıb. Bakı İdman Sarayında keçirilən oyunun ilk hissəsi heç-heçə yekunlaşıb. Son dəqiqələrdə daha dəqiq oynaya yığmamız 35:33 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qrupda ilk qələbəsini qazanan milli 3-cü pilləyə yüksəlib. Qrupun digər matçında Şimali Makedoniya öz meydanında İspaniya ilə qarşılaşacaq.
Avropa çempionatı, seçmə mərhələsi
V qrup, 3-cü tur
Azərbaycan – Litva – 35:33 (18:18)
İspaniya |
2 |
2 |
0 |
0 |
85:32 |
4 |
Şimali Makedoniya |
2 |
2 |
0 |
0 |
71:45 |
4 |
Azərbaycan |
3 |
1 |
0 |
2 |
70:111 |
2 |
Litva |
3 |
0 |
0 |
3 |
75:113 |
0 |