Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun 2 oyunu baş tutacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Neftçi” “Kəpəz”in qonağı olacaq.
Tovuzda keçiriləcək oyunda komandalar fərqli əhval-ruhiyyədə çıxacaqlar. Gəncə klubu sonu 2 turu qələbə ilə başa vurub, “Neftçi” isə bir qarşılaşmada uduzub, birində heç-heçə oynayıb. “Ağ qaralar” çətin səfərdən 3 xalla dönüb liderlər qrupunda mövqelərini möhkəmlədə bilərlər.
Autsayder “Sabah”ın qonağı olacaq. Bu görüş paytaxt klubunun baş məşqçisi Krunoslav Renduliçin Azərbaycan futbolunda debütü ilə yadda qalacaq. Meydan sahiblərinin “Qəbələ” ilə görüşdə asan qələbə qazanması gözlənilir.
Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” səfərdə “Səbail”ə qalib gəlib.
Azərbaycan Premyer Liqası
XXVI tur
9 mart
15:00. “Kəpəz” – “Neftçi”
Baş hakim: Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu
17:30. “Sabah” – “Qəbələ”
Baş hakim: İnqilab Məmmədov
Bank Respublika Arena

Bombardir: Olavio Juninyo ("Qarabağ") - 15 qol