...

Azərbaycan Premyer Liqasının ən dəyərli 10 futbolçusu - SİYAHI

İdman Materials 20 Mart 2024 09:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında çıxış edən ən dəyərli futbolçular açıqlanıb.

Trend xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) çempionatda transfer dəyəri ən yüksək olan 10 oyunçu müəyyənləşdirib.

Siyahının ilk dörd pilləsində “Qarabağ”ın üzvləri qərarlaşıblar. Ümumiyyətlə, 10 futbolçudan 6-sı Ağdam təmsilçisinin formasını geyinir.

Premyer Liqanın ən dəyərli futbolçusu Leandro Andrade hesab olunub. Kabo-Verde millisinin yarımmüdafiəçisinin transfer qiyməti 3,3 milyon avroya bərabər göstərilib.

1. Leandro Andrade (“Qarabağ”) – 3,3 milyon avro

2. Toral Bayramov (“Qarabağ”) – 2,4 milyon

3. Juninyo (“Qarabağ”) – 2,2 milyon

4. Elvin Cəfərquliyev (“Qarabağ”) – 1,8 milyon

5. Kahim Parris (“Sabah”) – 1,3 milyon

6. Suleyman Alluş (“Səbail”) – 1,2 milyon

7. Marko Yankoviç (“Qarabağ”) – 1 milyon

8. Ayxan Süleymanlı (“Sumqayıt”) – 900 min

9-10. Salifu Suma (“Zirə”) – 800 min

9-10. Julio Romao (“Qarabağ”) – 800 min

Məqalədə:
Xəbər lenti

Xəbər lenti