...

Onların gözündə medal qazanmaq istəyini görürdüm - Yığmanın baş məşqçisi

İdman Materials 25 Mart 2024 12:48 (UTC +04:00)
Onların gözündə medal qazanmaq istəyini görürdüm - Yığmanın baş məşqçisi

Bakı. Trend:

Qızların yarışından razıyam. Çox əzimkar mübarizə apardılar.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu yeniyetmə qız cüdoçulardan ibarat Azərbaycan millinin baş məşqçisi Elnur İsmayılov deyib.

Gənc mütəxəssis yetirmələrinin Almaniyada yeniyetmə və gənc qızlar arasında beynəlxalq Türingiya kubokunda çıxışını dəyərləndirib.

O bildirib ki, yarışda çox güclü rəqabət olub:

“3 finalın 2-də qalib gəldik. 2 qızımız medalın 1 addımlığında büdrədi. İştirakçı ölkələr güclü heyətlərlə bu yarışa qatılmışdılar. Avropanın ən güclü ölkələri ilə yanaşı, Braziliya, Yaponiya və Kanada da bu turnirdə iştirak edirdi. Cüdoçularımızın hər birinin çıxışı məni sevindirdi. Hər biri sona qədər çıxış etdi və hər birinin gözündə medal qazanmaq istəyini görürdüm. Bu məni sevindirməyə bilməz”.

İsmayılov yığmamızı qarşıda gözləyən yarışlar və planları barədə də danışıb:

“Aprelin 6-7-də Çexiyanın Teplitse şəhərində keçiriləcək Avropa çempionatına yollanacağıq. Almaniyadakı yarışdan sonra burda qalıb təlim-məşq toplanışı keçirik. 400-dən çox cüdoçu bu təlimlərdə iştirak edir. Bu toplanış idmançılarımız üçün böyük təccrübədir”.

Qeyd edək ki, Almaniyada keçirilən Türingiya kubokunda Azərbaycan yığması 2 qızıl və 1 gümüş medal qazanıb.

Xəbər lenti

Xəbər lenti