...

Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb

İdman Materials 10 Aprel 2024 18:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) 3 gümüş medal qazanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmanın lideri bu uğura Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda nail olub.

Atletimiz birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb. O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.

Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 449 (228+231) atlet iştirak edib.

Xəbər lenti

Xəbər lenti