...

Çempionlar Liqası: Tomas Tuheldən ilk

İdman Materials 19 Aprel 2024 04:27 (UTC +04:00)
Çempionlar Liqası: Tomas Tuheldən ilk

Bakı. Trend:

“Bavariya”nın baş məşqçisi Tomas Tuhel adını Çempionlar Liqasının tarixinə yazdırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, 3 fərqli komanda ilə turnirin yarımfinalına yüksələn ilk alman məşqçi olub.

Almaniyalı mütəxəssis 2019/2020 mövsümündə PSJ, 2021/2022-də isə “Çelsi” ilə bu uğura imza atıb. O, London klubuna ÇL kubokunu qazandırıb.

Qeyd edək ki, “Bavariya” ¼ finalda 2 oyunun nəticəsinə görə “Arsenal”ı mübarizədən kənarlaşdırıb – 2:2, 1:0.

Xəbər lenti

Xəbər lenti