Bakı. Trend:
“Mançester Yunayted” futbol üzrə İngiltərə kubokunun yarımfinal matçında ölkə çempionatının ikinci divizionunda çıxış edən “Koventri”ni penaltilər seriyasında məğlub edib.
Trend-in məlumatına görə, matçın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. “Mançester Yunayted”in heyətində qolları Skott MakTominey (23-cü dəqiqə), Harri Maquayr (45+1) və Bruno Fernandes (58) vurublar. "Koventri"nin heyətində Ellis Simms (71), Kallum O'Hare (79) və Hacı Rayt (90+5, penalti) fərqləniblər. Penaltilər seriyasında isə "Mançester Yunayted"in futbolçuları daha dəqiq olub - 4:2.
"Mançester Yunayted" İngiltərə kubokunun finalında "Mançester Siti" ilə qarşılaşacaq. Həlledici qarşılaşma mayın 25-də Londondakı “Uembli” stadionunda keçiriləcək.