...

Yığmamız Mərkəzi Asiya çempionatında

İdman Materials 16 May 2024 07:41 (UTC +04:00)

Bakı. Trend:

Qadın həndbolçulardan ibarət Azərbaycan yığması Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək turnir bu gün start götürəcək.

Çempionatda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan yığmaları ilə yanaşı qonşu ölkələrin klubları da iştirak edəcək. Millimiz A qrupunda Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubları ilə yarışacaq.

Yığmamız ilk oyununu bu gün OKMK klubu ilə keçirəcək. Oyun saat 10:30-da start götürəcək. Turnirin reqlamentinə görə, qrup mərhələsində ilk iki yerin tutan komandalar yarımfinala yüksələcək.

Qeyd edək ki, turnirə mayın 21-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti