...

Qəbələdə keçiriləcək basketbol turnirinin iştirakçıları müəyyənləşib

İdman Materials 25 May 2024 17:44 (UTC +04:00)

Bakı. Trend:

3x3 basketbol üzrə Qadın Seriyasında Qəbələ mərhələsinin iştirakçıları müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, seriyanın Qəbələ mərhələsi iyunun 2-3-də keçiriləcək.

Yarışda 5 yığma və 3 klub mübarizə aparacaq. Azərbaycan, Polşa, İtaliya, Portuqaliya, Rumıniya yığmaları ilə yanaşı, "Barselona Panters" (İspaniya), "Varşava Lotto"(Polşa) və ölkəmizi təmsil edəcək yeni yaranmış "Baku Flames" klubları da iştirak edəcək.

Qeyd edək ki, "Qəbələ" mərhələsi Qadın Seriyasının sayca üçüncüsüdür.

Xəbər lenti

Xəbər lenti