...

“Barselona”nın yeni baş məşqçisi müəyyənləşib

İdman Materials 29 May 2024 17:34 (UTC +04:00)

Bakı. Trend:

“Barselona”nın yeni baş məşqçisi müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

La Liqa təmsilçisini Hans-Diter Flik çalışdıracaq. 59 yaşlı almaniyalı mütəxəssis Xavinin istefasından sonra boş qalan baş məşqçi postunu tutub.

Qeyd edək ki, Flikin son iş yeri 2021-23-cü illərdə çalışdırdığı Almaniya millisi olub.

Xəbər lenti

Xəbər lenti