...

"Qarabağ"ın 8-ci Azərbaycan kuboku, "Zirə"nin revanşı alınmayıb (VİDEO)

İdman Materials 2 İyun 2024 22:05 (UTC +04:00)
"Qarabağ"ın 8-ci Azərbaycan kuboku, "Zirə"nin revanşı alınmayıb (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 2023/24 mövsümünün son matçı “Liv Bona Dea Arena”da baş tutub.

Premyer Liqanın iki ən yaxşı komandası titul uğrunda mübarizə aparıb. 3 qolun vurulduğu oyunda "Qarabağ" "Zirə"ni 2:1 hesabı ilə məğlub edib.

8-ci dəfə kuboku başı üzərinə qaldıran “Qarabağ” həm də “Qızıl dubl”a imza atıb. “Zirə” isə 3 il əvvəlki finalın revanşını ala bilməyib

Qeyd edək ki, qarşılaşmadan öncə Aygün Kazımovanın iştirakı ilə şou proqramı təşkil olunub.

Azərbaycan kuboku
Final
2 iyun
20:00. “Qarabağ” – “Zirə” - 2:1
Qollar:
Olavio Juninyo, 42. Abdullah Zubir, 62 - İsmayıl İbrahimli, 57

Məqalədə:
Xəbər lenti

Xəbər lenti