...

"Səbail"də daha bir ayrılıq

İdman Materials 5 İyun 2024 11:11 (UTC +04:00)

Bakı. Trend:

“Səbail”in 6 legioneri ilə yollarını ayıracağı dəqiqləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumata görə, Bakı təmsilçisinin aparıcı futbolçuları növbəti mövsüm komandada qalmayacaqlar.

Onların arasında komandanın bombardiri Aleksandr Ramalinqom və əsas heyət oyunçusu Pedro Nuno da var. Bundan başqa, Anas Najah, Valdemar Almeyda, Yadin Luqasi, Nir Bardea da gələn mövsüm “dənziçilər”in formasını geyməyəcək.

Ayrılıqlara səbəb isə klubun büdcəsinin azadılması, legionerlərə istədiyi məbləğlərin verilə bilməməsi olub.

Qeyd edək ki, komanda bir gün öncə kapitan Ağabala Ramazanovla da müqaviləni uzatmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti