...

Almaniya yığmasının heyətində dəyişiklik

İdman Materials 13 İyun 2024 00:58 (UTC +04:00)

Bakı. Trend:

AVRO-2024-də Almaniya yığmasının heyətində dəyişiklik edilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Aleksandar Pavloviçi Emre Can əvəzləyib.

İnfeksiyaya yoluxan 20 yaşlı müdafiəçi heyətdən uzaqlaşdırılıb. Pavloviç Almaniyada start götürəcək turnirdə komandaya kömək edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirib. Onu “bundestim”in heyətində “Borusiyya”nın yarımmüdafiəçisi Emre Can əvəz edəcək.

Qeyd edək ki, Almaniya millisin iyunun 14-də turnirin açılış matçında Şotlandiya ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti